Mübariz Məsimovun Tramp və Ərdoğanla işbiriliyi var? - “Palmali” Şirkətlər Qrupundan rəsmi cavab

Mübariz Məsimovun Tramp və Ərdoğanla işbiriliyi var? - “Palmali” Şirkətlər Qrupundan rəsmi cavab Araşdırma Jurnalistikasının Avropa Şəbəkəsi (EİC) Türkiyədə bizneslə məşğul olan Azərbaycan əsilli iş adamı Mübariz Mənsimov haqda gizli məlumatlar dərc edib

Yeni sənədlər Mənsimovun ABŞ prezidenti Donald Tramp və Türkiyə lideri Ərdoğanla biznes əlaqələrindən bəhs edir.

“2008-ci ildə Ərdoğanın ailəsi Mübariz Mənsimovdan 25 milyon dollarlıq neft tankeri hədiyyə alıb. Azərbaycanlı milyarder Ərdoğan iqtidara gəlməzdən 2 il əvvəl bu ölkənin vətəndaşı olmuşdu. O, soyadını çox güman ki, Ərdoğanın təklifi ilə Qurbanoğluna dəyişib. Səxavətli hədiyyədən sonra Mənsimovun işləri uğurla inkişaf edib” – deyə sənəddə qeyd olunur.

EİC-in məlumatına görə, Mənsimov 2009-cu ildə Donald Trampın biznes partnyoru olub və İstanbulda inşa olunan Tramp qülləsində bir neçə ofisə investisiya yatırıb. Bundan başqa, Mənsimov Trampın 2017-ci ilin yanvarında ABŞ-ın yeni prezidenti kimi keçirilən inauqurasiuyasına da dəvət alıb.

Modern.az saytı məsələ ilə bağlı “Palmali” Şirkətlər Qrupunun Bakı nümayəndəliyinin mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxlayıb. O, saytımıza açıqlamasında yayılan xəbərlərə aydınlıq gətirib.

“Qısaca olaraq onu deyə bilərəm ki, Mübariz Məsimovun özü açıqlamalarının birində Donald Tramp prezident seçilməzdən öncə onunla dostluq əlaqələrinin olduğunu və bəzi biznes layihələrdə birgə iştirakını vurğulayıb. Ancaq hazırda dostluq əlaqələri qalsa da, Tramp prezident seçildikdən sonra biznes fəaliyyətini davam etdirmədiyi üçün bu haqda danışmaq yersiz olardı”.

Tanınmış iş adamının Türkiyə prezidenti Ərdoğanla biznes əlaqələrinə gəlincə, Hüseyn Cəbrayıloğlu bunun əsassız olduğunu bildirib.

“Rəcəb Tayib Ərdoğana gəldikdə isə Mübariz Mənsimov Türkiyədə prezident və baş nazir səviyyəsində tanınan, hörmət olunan iş adamıdır. Yenə də Mübariz bəyin öz açıqlamasına istinadən deyim ki, onların birgə heç bir biznes ortaqlığı yoxdur”.

Oxşar xəbərlər