Lənkəranskinin cənazəsini Azərbaycana kim gətirib? - TƏFƏRRÜAT

Lənkəranskinin cənazəsini Azərbaycana kim gətirib? - TƏFƏRRÜAT İki gündür mətbuatda ən çox müzakirə olunan məsələlərdən biri Rövşən Lənkəranskinin cənazəsinin kimin təyyarəsi ilə ölkəyə gətirilməsidir. İlk gündən xəbər verilmişdi ki, mərhum avtoritetin cənazəsi "Palmali" Şirkətlər Qurupunun sahibi, azərbaycanlı iş adamı Mübariz Mənsimovun şəxsi təyyarəsi ilə ölkəyə gətirilib.

Lakin dünən yayılan məlumatlara görə, cənazəni gətirən təyyarə Mübariz Mənsimova məxsus olmayıb və ailəsi tərəfindən AZAL-dan sifariş olunub. Lakin sonradan Azərbaycan Hava Yolları təyyarənin onlara da məxsus olmadığını açıqladı.

Qaynarinfo.Az cənazənin gətrilməsi prosesi ilə bağlı yeni məlumatlar əldə edib. Özəl mənbələrdən redaksiyamıza daxil olan məlumata görə, Rövşən Lənkəranskinin nəşini gətirən təyyarə həqiqətən də Mübariz Mənsimovun şəxsi istifadəsində olan hava nəqliyyatı olmayıb. Həmin təyyarə sərnişin üçün nəzərdə tutulduğundan cənazələrin daşınması üçün əlverişli deyil.

Mərhumun nəşini ölkəyə gətirən təyyarə başqa bir hava yolu şirkətindən məhz Mübariz Mənsimov tərəfindən icarəyə götürülüb. İcarə haqqı da "Palmali" Şirkətlər Qurupu tərəfindən ödənilib. Bunu mərhumun həmin vaxt İstanbulda olan yaxınları da bilir. Təyyarənin hansı şirkətdən sifariş olunduğunu dəqiqləşdirə bilməsək də, bu şirkətin AZAL olmadığı dəqiqdir.

Məsələni dəqiqləşdirmək üçün "Palmali"nin Bakı ofisinin mətbuat katibi Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxladıq. Şirkət rəsmisinin münasibəti qısa oldu: "Biz bu məsələ barədə danışmaq istəmirik. Hər şeyi mərhumun ailəsi bilir. Allah ona rəhmət eləsin, ailəsinə sərb versin".

Rövşən Lənkəranskinin cənazəsinin ölkəyə gətirilməsi prosesi ilə bağlı başqa bir məlumat da əldə etmişik. Özəl mənbələrdən Qaynarfino.Az-a verilən məlumata görə, mərhumun cənazəsi Mübariz Mənsimovun səyləri nəticəsində vəfatından bir neçə saat sonra ailəsinə təhvil verilib. Adətən Türkiyədə bu proses 2-3 gün çəkir. Lakin iş adamı bütün bürokratik əngəllərin aradan qaldırılmasında ailəyə yaxından kömək edib.

Oxşar xəbərlər