Azərbaycanda zəlzələ - Sakinlər təşvişə düşdü

Azərbaycanda zəlzələ - Sakinlər təşvişə düşdü Dağıntı və tələfat barədə məlumat yoxdur

Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yerli vaxtla saat 07:24-də Saatlı rayonu ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində isə 4-3 bala qədər hiss olunub.

Saat 08:07

Bu gün saat 07:00 radələrində Azərbaycanın bir neçə rayonunda zəlzələ baş verib.

İstiPress-in APA-ya istinadən məlumatına görə, zəlzələ Şirvan şəhəri, Salyan rayonu və Lənkəranda hiss olunub.

Məlumata əsasən, yeraltı təkanlardan sakinlər təşvişə düşüb. Dağıntı və zərərçəkənlər barədə məlumat yoxdur.

Oxşar xəbərlər