Prezident Administrasiyasından rüşvətxor məmurlara şok zərbə - Eksklüziv

Prezident Administrasiyasından rüşvətxor məmurlara şok zərbə - Eksklüziv Azərbaycanda korrupsiyaya qarşı mübarizə güclənir

Orta ranqlı məmurların əməllərinin təftişinə başlayır.

Məqsəd iqtisadi böhran dövründə rüşvətxorluq etmiş, büdcəyə ziyan vurmuş əliəyri çinovnikləri ifşa etmək və başqalarına görk verməkdir.

Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov deyib ki, dövlət idarəçiliyində şəffaflığın gücləndirilməsi, elektron xidmətlərin inkişafı və korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin proritet istiqamətlərindəndir: “Bununla belə ölkəmizdə korrupsiyaya qarşı mübarizənin uğurla aparılması üçün möhkəm siyasi iradə mövcuddur”.

PA rəsmisi vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə korrupsiyaya qarşı mübarizəyə dair milli strategiya və fəaliyyət planları qəbul edilib, bu sahədə yeni strateji baxşlar və vəzifələr müəyyən edilib:

“Bu strategiyanın icrasına uyğun olaraq həyata keçirilən institutsional və qanunvericilik islahatları, elektron hökumət infrastrukturu, vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq, ictimai iştirakçılıq prinsipləri və geniş maarifləndirmə tədbirləri anti-korrupsiya siyasətimizin uğurlarındandır”.

Ulus.Az xəbər verir ki, İ.Əliyev rüşvətxorluğa qarşı mübarizənin sərtləşdirilməsini tələb edir. Hakimiyyət aşağılarda tamamilə rüşvətə son qoyulmasını və Gürcüstan modelinin tətbiqinə hazırlaşır.

Bu planın tərkib hissəsi kimi ASAN xidmət, bürokratiyanın aradan qaldırılması, məmurlara nəzarətin gücləndirilməsi və rüşvət alanların həbsini gerçəkləşdirməkdir.

Azərbaycanda korrupsiyaya qarşı mübarizənin və islahatların miqyası genişlənir. Hüquq-mühafizə orqanları vətəndaşların şikayət və müraciətlərinə xüsusi həssaslıq nümayiş etdirir. Əslində, 2011-ci ildən korrupsiyaya qarşı mübarizə tədbirləri sərtləşdirilib.

Son zamanlarda isə rüşvətə qarşı mübarizə daha da gücləndirilib, ölkədə gedən sosial-iqtisadi islahatların tərkib hissəsinə çevrilib. Ona görə də məmurlar istədikləri kimi davrana bilmirlər.

Oxşar xəbərlər