
Mənbənin məlumatına görə, vitse-prezidentlərin təyinatı ən uzağı aprelin 12-ə qədər gerçəkləşəcək: "Prezident İlham Əliyev 2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar müvafiq hüquqi aktların layihələrinin hazırlanması barədə sərəncam tam icra edildikdən sonra bu təsisat tam formalaşacaq”.
Mənbənin məlumatına görə, sərəncam 12 oktyabr 2016-cı ildə verilib və icra müddəti 6 aydır: "Sərəncamda Nazirlər Kabineti altı ay vaxt verilir ki, hüquqi-aktları Konstitusiya dəyişikliyinə uyğunladırılmasını təmin etsin və dəyişikliklərdən irəli gələn müvafiq hüquqi aktların layihələrini hazırlayıb prezidentə təqdim etsin. Bu müddət bitəndən kimi vitse-prezident postlarına təyinat olacaq”.