Yəhudi deputatdan Mehriban Əliyevanın təyinatına eksklüziv açıqlama: “Bütün dünya lediləri...”

Yəhudi deputatdan Mehriban Əliyevanın təyinatına eksklüziv açıqlama: “Bütün dünya lediləri...” “Cənab prezidentin uğurlu sərəncamını yüksək qiymətləndirirəm. Mediada və siyasi kluarlarda belə fikirlər səslənirdi ki,bu posta Mehriban xanım layiqdir”

Bu sözləri eksklüziv olaraq deputat Yevda Abramov prezident İlham Əliyevin ölkənin birinci xanımı Mehriban Əliyevanı 1-ci vitse-prezident təyin etməsi ilə bağlı danışarkın bildirib.

Millət vəkili hesab edir ki, M.Əliyeva ilk gündən prezidentin yanında olub, ictimai-iqtisadi hadisələrdə aparıcı rol oynayır, fəal millət vəkilidir:

“Mehriban xanım Heydər Əliyev Fondu kimi analoqu olmayan bir layihənin rəhbəridir, bütün dünyanın birinci lediləri ondan ibrət götürməlidir.

Yüzlərlə məktəb, bağça, müalicə mərkəzləri tikdirib. Yəni, Mehriban təkcə 1-ci xanım kimi yox,bir vətəndaş kimi Aəzrbaycanın təəssübünü çəkib. Ümumiyyətlə, qızları və ailəsi cənab prezidentin uğurlarında aktiv iştirak edirlər.

Leyla xanımın aktiv fəaiyyətini xüsusi qeyd etmək olar. Bu ailə vətənpərvərlik nümunəsi göstərir. Ona görə də Mehriban xanımı bu vəziyə təyin olunması Azərbaycanda islahatların uğurlu olacağına işarədir”.

Y.Abramov Politika.Az-a bildirib ki, prezident götür-qoy edir və ən gözəl kadrları tanıyır: “Cənab prezident bilir ki, hansı posta kimi təyin etmək olar. İnanıram ki, vitse-prezidentlərin təyinatı da əhalinin ürəyincə olacaq.

Mehriban xanımın 1-ci vitse-prezident təyin olunmasından sonra ölkədə böyük əhval-ruhiyyə var, mənə çoxlu zənglər gəlir, hamı sevinir. Bu post ona daha böyük məduliyyət verəcək. Bundan sonra prezident və xanımı əl-ələ verib hər ikisi Azərbaycan üçün bir hədəfə vuracaqlar.

Eyni zamanda təyin olunacaq vitse-prezidentlərdən də birgə əmək tələb olunacaq. Hesab edirəm ki, islahatlar üçün uğurlu addım atılıb. Uğurlu və düşərli olsun, Azərbaycan siyasi kataklizmlərdən çıxa bilsin, xalqın maddi rifahı yaxşı olsun”.

Oxşar xəbərlər