Azad Şərifov- Eşitdiklərim və gördüklərimi yazıram

Azad Şərifov- Eşitdiklərim və gördüklərimi yazıram İnsan həmişə eşitdiklərindən çox gördüklərinə inanır. Mən də həmişə gördüyünə inananlardanam. Bəlkə də bu jurnalist fəaliyyətimdən irəli gəlir.

Nəysə yazının başlığında qeyd etdiyim kimi bu yazının əsas mövzusu Şəmkir rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Azad Şərifovdur. Son vaxtlar Şəmkir rayonu haqqında, rayonun Sosial Müdafiə Fondunun direktoru hörmətli Azad müəllim haqqında KİV-də dərc olunan yazılar məni çox düşündürürdü. Axı mən də şəmkirlilər kimi Azad müəllimi çox yaxşı tanıyıram. Əvvəl dediyim kimi eşitdiklərimə deyil gördüklərimə inanalardanam. Bu düşüncələrlə jurnalist təcrübəmdən istifadə edərək araşdırmalarıma başladım. Əvvəlcə İnternetdə Azad Şərifov haqqında son illərdə yazılmış yazıları bir yerə yığdım və o yazıların hardan, hansı saytlarda və kimlər tərəfindən yazıldığını yoxladım. Məlum oldu ki Şəmkir haqqında yazılar əsasən Azad Şərifovun rayonun Sosial Müdafiə Fondunun direktoru seçildikdən sonra yazılmışdır. Bu yazıları dəqiq təhlil etdikdə məlum oldu ki yazılar bir əldən çıxır və yayılır. Yazıların tam məqsədi məlum olmasa da bir məna var kimlərsə Azad Şərifovun şəffaf işini görmək istəmir, kimlərsə yuxarı dairələrdə Şəmkir haqqında mənfi fikirlər yaratmağa çalışır. Ən pisi isə odur ki, bütün bu pis oyunlara bir jurnalist alət edilir.

Şantaj yazmaqla bəslənən insanlar öz bədnam əməllərini həyata keçirə bilmək üçün xalqı çaşdırmaq rayon rəhbərliyini əhalinin və ölkə rəhbərliyinin gözündən salmaq məqsədi ilə şər-böhtan və şantaj xarakterli yazılardan istifadə edirlər. Buna misal Alimpaşa Məmmmədovun rayonda ən böyük və ən uğurlu layihələrin təməli atıldığı gündən yazılar, tənqidlər başladı nə başladı. Amma Ölkə rəhbərliyinin xeyir duası ilə başlanan layihələrin başa çatmasına mane ola bilmədilər. Layihə başa çatdı, ölkə rəhbərliyi gəldi açılışlar etdi. Şəmkir tarixi uğura imza atdı.

Rayon rəhbərliyinə aidiyyəti olmayan məsələdə nöqsan axtarıb rayon rəhbərliyini günahlandırmaq vicdansızlıqdır.

Araşdırmalarım davam edir. Növbəti yazılarda Şəmkirdə kimlər niyə qarışıqlıq yaratmaq istəyir bunları araşdıracam.

Sonda isə o şəxslərin diqqətinə çatdırmaq istəyirəm ki bu gün Şəmkir rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu etibarlı əllərdədir. Azad Şərifov ilə əhali arasında inam, etibar var. Sizlər bu inamı qıra bilməzsiniz. Yaxşı olar ki öz pis əməllərinizi, kimlərinsə çirkin maraqlarını həyata keçirmək üçün başqa ünvan seçəsiniz.

Oxşar xəbərlər