Cəlilabad Rayon Məhkəməsinin sədri Əliəjdər Ələkbərova Cəlilabadda inam, etibar var

Cəlilabad Rayon Məhkəməsinin sədri Əliəjdər Ələkbərova Cəlilabadda inam, etibar var Azərbaycan Respublikasının bütün hakimləri işlərə baxarkən eyni statusa, hüquq və vəzifələrə malikdirlər və bir-birindən yalnız təyin olunma qaydasına, səlahiyyətlərinə və səlahiyyət müddətlərinə görə fərqlənirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda qəbul olunmuş qərarlardan başqa bütün digər kollegial məhkəmə qərarlarına görə onların qəbul olunmasında iştirak etmiş hər bir hakim eyni dərəcədə məsuldur.

Yazının başlığında qeyd etdiyim kimi bu yazının əsas mövzusu Cəlilabad Rayon Məhkəməsinin sədri Əliəjdər Ələkbərovdur. Son vaxtlar Cəlilabad Rayon Məhkəməsinin sədri, hörmətli ziyalımız Əliəjdər Ələkbərov haqqında KİV-də dərc olunan yazılar məni çox düşündürürdü. Axı mən və Cəlilabad camaatı Əliəjdər Ələkbərovu çox yaxşı tanıyıram. Əvvəl dediyim kimi eşitdiklərimə deyil gördüklərimə inanalardanam. Bu düşüncələrlə jurnalist təcrübəmdən istifadə edərək araşdırmalarıma başladım. Əvvəlcə İnternetdə Əliəjdər Ələkbərovun son illərdə yazılmış yazılarını bir yerə yığdım və o yazıların hardan, hansı saytlarda və kimlər tərəfindən yazıldığını yoxladım. Məlum oldu ki Əliəjdər Ələkbərov yazılar Cəlilabad Rayon Məhkəməsinin sədri dövründə yazılmışdır. Bu yazıları dəqiq təhlil etdikdə məlum oldu ki yazılar bir əldən çıxır və bir “jurnalist”in vasitəsi ilə yayılır. Yazıların tam məqsədi məlum olmasa da bir məna var kimlərsə Əliəjdər Ələkbərovun uğurunu istəmir, kimlərsə yuxarı dairələrdə Əliəjdər Ələkbərov haqqında mənfi fikirlər yaratmağa çalışır. Ən pisi isə odur ki, bütün bu pis oyunlara bir azəri övladı alət edilir.

Sonda isə o şəxslərin diqqətinə çatdırmaq istəyirəm ki bu gün Cəlilabad Rayon Məhkəməsi etibarlı əllərdədir. Əliəjdər Ələkbərova inam, etibar var. Sizlər bu inamı qıra bilməzsiniz. Yaxşı olar ki öz pis əməllərinizi, kimlərinsə çirkin maraqlarını həyata keçirmək üçün başqa ünvan seçəsiniz.

Oxşar xəbərlər