Azərbaycanlı biznesmen Cocuq Mərcanlıya 3 milyon ayırdı

Azərbaycanlı biznesmen Cocuq Mərcanlıya 3 milyon ayırdı Tanınmış azərbaycanlı iş adamı, “Dünya Azərbaycanlıları İttifaqı”nın rəhbəri Füzuli Məmmədov (Frenk Elkapone) Prezident İlham Əliyevin sərəncamına dəstək olaraq Cocuq Mərcanlının bərpasına 3 milyon manat vəsait ayırdığını bəyan edib.

Bu barədə iş adamı Modern.az saytına açıqlamasında bildirib.

O, dünyada yaşayan iş adamlarını da eyni məsuliyyətlə prezident və hökumətə dəstək nümayiş etdirməyə çağırıb: “Prezident İlham Əliyevin müvafiq sərəncamına dəstək olaraq "Dünya Azərbaycanlıları İttifaqı" azad olunmuş Azərbaycan ərazilərinə sərmayələrin cəlb olunmasında iştirak etməyə hazırdır. “Dünya Azərbaycanlıları İttifaqı”, başda mən olmaqla, ilkin olaraq erməni işğalından azad edilmiş torpaqlarımıza 3 milyon manat vəsait qoymağa hazır olduğumuzu bəyan edir və bütün dünyada yaşayan iş adamlarını da eyni məsuliyyətlə prezidentimizə və hökumətimizə dəstək nümayiş etdirərək yardımlarını əsirgəməməyə çağırırıq.

Çox ümid edirəm ki, Cocuq Mərcanlıdan sonra erməni işğalından azad olunacaq Xankəndinin, Xocalının, Şuşanın, Ağdamın, Laçının, Qubadlının və Azərbaycanın digər şəhər və kəndlərinin də bərpasında iştirak edəcəyik. Bu gün Azərbaycan hərbçiləri yüksək peşəkarlıq nümayiş etdirərək, vətənimizi etibarlı müdafiə edir və addım-addım onun işğal olunmuş torpaqlarını azad edirlər. Biz, bütün dünyada olan azərbaycanlı iş adamları öz növbəmizdə əsl vətənpərvərlik göstərməli və Azərbaycan hökümətinə bu ərazilərin bərpa olunmasında kömək etməliyik”.

Oxşar xəbərlər