Rasim Musayevin oğlu ilə bağlı açıqlama - “Evlənmir”

Rasim Musayevin oğlu ilə bağlı açıqlama - “Evlənmir” Dünən criminal.az saytında mərhum general Rasim Musayevin oğlu Tərlan Musayevin xalq artisti Firuz Əliyevin qızı ilə evlənməsi barədə xəbər dərc olunub.

Bu gün R.Musayevin qardaşı Oqtay Musayev “Qafqazinfo” ilə əlaqə saxlayaraq məlumatın yalan olduğunu bildirib. O.Musayev deyib ki, hətta generalın oğlunun adı da səhv yazılıb: “Generalın bir oğlu var, onun adı Tərlan yox, İslamdır. Binəqədi rayon polis idarəsində də işləmir. İslam Musayev Polis Akademiyasının 4-cü kurs tələbəsidir. O hələ uşaqdır, 20 yaşı var, 10-cu sinifdən akademiyaya qəbul olub. Evlənmək söhbəti ümumiyyətlə yalandır, İslamın hələ belə bir fikri yoxdur”.

Oxşar xəbərlər