
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmə kollegiyasının hökmü ilə yanan binanı üzləyən şirkətin təsisçisi Miryusif Mahmudovun 8 il müddətinə azadlıqdan məhrum edilib.
Proses davam edir.
***
Binəqədi rayon icra başçısının müavini Qəzənfər Novruzov 4 il həbs cəzası verilib.
***
“Global Stone” MMC-nin direktoru Uğur Bəşirov 5 il, direktor müavini Ələkbər Əsgərov 4 il, icra hakimiyyətinin şöbə müdiri Ədalət Rəcəbov 4 il, ”JEK” müdiri Nizami Orucov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
“Dərnəgül Boru” Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Akif Əlibəyova şərti cəza verilib.