“Tağı Salyanski”yə hökm oxundu

“Tağı Salyanski”yə hökm oxundu Bu gün Salyan Rayon Məhkəməsində “Tağı Salyanski” ləqəbli kriminal avtoritetə - Tağı Qasımova hökm oxunub.

Virtualaz.org xəbər verir ki, qanunsuz silah saxlamaqda ittiham olunan T.Qasımov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Salyan rayonunun Arbatan kəndində anadan olan və orada yaşayan, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Yengicə kəndində pasport qeydiyyatında olan 47 yaşlı Tağı Əli oğlu Qasımov bu ilin may ayında Cinayət Məcəlləsinin 228.1 maddəsi ilə təqsirli bilinərək həbs edilmişdi.

Onu da əlavə edək ki, bu maddə ilə üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutlusa da, Tağı Qasımovun üzərində şərti məhkumkuğu olduğundan o, 4 il müddətinə azadlıqdan məhrum edilib.

Oxşar xəbərlər