Cəbhədə hər iki ayağını itirən Sərxanın toyu olub

Cəbhədə hər iki ayağını itirən Sərxanın toyu olub Bu gün Qarabağ qazisi Sərxan Tahirzadənin toyu olub.

Qaziler.az saytı xəbər verir ki, toy Bakıdakı məşhur şadlıq saraylarından birində keçirilib.

Toyda millət vəkilləri Qənirə Paşayeva, Məlahət İbrahimqızı, telejurnalist İlhamiyyə Rza, Qarabağ qazisi Rey Kərimoğlu, siyasətçi Etibar Məmmədov da iştirak ediblər.

Xatırladaq ki, Qarabağ qazisi Sərxan Tahirzadə 2014-cü ilin yayında hər iki ayağını Ağdam cəbhəsində-düşmən təxribatının qarşısını alarkən itirib.

Oxşar xəbərlər