Ərdoğandan İzmir terroru ilə bağlı açıqlama — “Əsla geri dönməyəcəyik” + VİDEO

Ərdoğandan İzmir terroru ilə bağlı açıqlama — “Əsla geri dönməyəcəyik” + VİDEO Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İzmir şəhərində Ədliyyə binası yaxınlığında baş verən terror aktı ilə bağlı xalqa müraciət edib.

Ölkə başçısı Twitter hesabında bu barədə şərh verib. Onun sözlərinə görə, bu və bu tipli hadisəni törədənlər Türkiyə millətini, hökumətini qorxutmağa çalışan qüvvələrdir.

“İzmirdə törədilmiş terror aktını qınayır, böyük bir faciənin qarşısını alan şəhid polisimizə və həyatını itirən katibimizə Allahdan rəhmət diləyirəm. Terrorun millətimizi, dövləti qorxutmağına, cəmiyyəti qütblərə bölmək cəhdinə əsla imkan verməyəcəyik. Bizi qorxutmaq istəyənlərə əsla boyun əyməyəcəyik. Türkiyə əsla geri addım atmayacaq”, - deyə Ərdoğan bildirib.



Oxşar xəbərlər