Ağdaşda 2 qardaş tərəfindən güllələnən şəxs öldü — qardaşlar gizləniblər

Ağdaşda 2 qardaş tərəfindən güllələnən şəxs öldü — qardaşlar gizləniblər Bu gün Ağdaş rayonu Dəhnə kəndində qətl hadisəsi baş verib.

Dəhnə kafesində Pərviz İsmayılov pnevmatik silahla Elçin Babayevi güllələyib. Onun qarın nahiyyəsinə 4 dəfə atəş açıb. Elçin Babayev aldğı yaralardan hadisə yerində dünyasını dəyişib.

Hadisə baş verərkən, qətli törədən Pərviz İsmayılovun yanında qardaşı da olub. Hər iki qardaşı hadisə yerindən qaçaraq gizləniblər.

Hazırda qardaşların tutulması üçün Ağdaş rayon polis şöbəsi əməkdaşları əməliyyat keçirir. Rayonun giriş-çıxışları yoxlanılır.
Faktla bağlı araşdırma aparılır.


Ağdaşda 2 qardaş tərəfindən güllələnən şəxs öldü — qardaşlar gizləniblər

Oxşar xəbərlər