Bakıda qız nişanlı rəfiqəsinin başqası ilə şəkillərini çəkdi - Şantaj etdi

Bakıda qız nişanlı rəfiqəsinin başqası ilə şəkillərini çəkdi - Şantaj etdi Bakıda 28 yaşlı qadın döyülüb.

Hadisə Nizami rayonu, 8-ci kilometr qəsəbəsində qeydə alınıb.

Belə ki, 28 yaşlı Əliyeva Səidə Şahin qızı nişanlı olan rəfiqəsi L.M.-i (şərtidir) digər bir şəxslə görüşdüyü vaxt fotosunu çəkib və onu həmin fotoşəkillə şantaj edib.

Bundan əsəbləşən L.M. anası ilə birgə avtomobillə S.Əliyevanı "Turan" mebel evinin qarşısında avtomobillə vurub. Onlar daha sonra S.Əliyevanı döyüblər və ərazidən uzaqlaşıblar.

S.Əliyeva xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

///Report

Oxşar xəbərlər