
Ekspertlər hesablayıblar ki, birinci ledinin Nyu-Yorkda təhlükəsizliyini təmin etmək üçün vergiödəyiciləri hər gün 1 milyon dollara yaxın əlavə pul ödəməlidirlər. Petitsiyaya imza edənlər Nyu-York qubernatoru Endryu Kuomoya və şəhərin meri De Blazioya müraciətlərində tələb edirlər ki, 5-ci avenyudakı 58 mərtəbəli binanın penthausunda Melaniya və oğlunun təhlükəsizliyindən imtina etsinlər.
Petitsiya müəllifi yazır ki, birinci ledinin mühafizəsinə ayrılmış vəsait yollara, məktəblərə, yeni iş yerlərinə və şəhərin başqa xərclərinə sərf olunmalıdır. “Vergi şəhərin yaxşılaşmasına yönəlməlidir, bir nəfərin təhlükəsizliyinə yox” – petitsiyada yazılır.
ABŞ-da prezident ailəsinin hər bir üzvünün xərcləri Konqres tərəfindən təsdiqlənir və ayrılan pullardan əlavə xərc barədə cəmiyyət də xəbərdar olur. Hər hansı bir şıltaqlığa, ərköyünlüyə yol verilmir.