
Filippində “xalqın çempionu” ləqəbiylə tanınan Manny kasıblar üçün həyata keçirilən layihələrə təxminən 200 milyon dollar bağışladığını deyib.
“Hər döyüşümdən sonra gəlirimin yarısını bağışlayıram, ancaq bu barədə danışmağı sevmirəm”,- deyə Pacquiao bildirib.
21 ildir boksla məşğul olan 37 yaşlı idmançı kasıblara kömək etmək üçün döyüşməyə davam etsdiyini qeyd edib.
Karyerası boyu 66 döyüşün keçirən Manny Pacquiaonın hesabında 58 qələbə, 6 məğlubiyyət və 2 heç-heçə var.
“Forbes” məlumatına əsasən Pacquiaonun təxminən 500 milyon dollarlıq sərvəti var.(qafqazinfo)