
ƏƏSMN tərəfindən tibbi-sosial ekspertiza xidmətinin təkmilləşdirilməsi məqsədilə mühüm islahat tədbirləri ilə yanaşı, Nəsimi rayon Tibbi Sosial Ekspertiza Komissiyasında əhaliyə xidmət şəraitinin yaxşılaşdırılması yönündə də işlər aparılır.
Ötən ilin ortalarından etibarən Nəsimi rayon Tibbi Sosial Ekspertiza Komissiyasında müasir iş şəraiti və tibbi avadanlıqlarla, müayinə cihazları ilə təmin olunublar. Qısa müddət ərzində digər TSEK-lər də belə iş şəraitinə malik olacaqlar. Bu gün Nəsimi rayon Tibbi Sosial Ekspertiza Komissiyasının müdiri Əli Həsənovun diqqətində dayanan əsas məsələ vətəndaşlara xidmət səviyyəsinin yüksəldilməsi, o cümlədən TSEK-ə müraciət edən şəxslərin normal şəraitdə və keyfiyyətli tibbi-sosial ekspertiza xidmətləri ilə təmin olunmasıdır.
Son illərdə tibbi-sosial ekspertiza sahəsində şəffaflığın təmin olunması, bu sahəyə nəzarətin xeyli gücləndirilməsi istiqamətində görülən işləri diqqətə çatdıran Nəsimi rayon Tibbi Sosial Ekspertiza Komissiyasının müdiri Əli Həsənov əlilliyin intensivlik göstəricisinin, habelə təkrar əlil və sağlamlıq imkanları məhdud 18 yaşadək uşaq hesab edilənlərin sayının getdikcə azaldığını, tam və hissəvi reabilitasiya göstəricilərinin artmaqda olduğunu qeyd edib: "Hazırda fəaliyyət göstərən Tibbi-Sosial Ekspertiza və Əlillərin Reabilitasiyası İnformasiya Sistemi əlillik müayinəsi ilə bağlı səhiyyə müəssisələri və TSEK-lər arasında elektron məlumat mübadiləsinə şərait yaratmaqla, əlillik təyinatında məmur-vətəndaş təmaslarının minimuma enməsinə səbəb olub: "Ümumən tibbi-sosial ekspertiza sisteminin təkmilləşdirilməsi, bu sahəyə nəzarətin artırılması yönündə aparılan işlərin müsbət nəticələrindən biri kimi, əlillik təyinatı məsələləri ilə əlaqədar nazirliyə və digər instansiyalara şikayət xarakterli müraciətlərin sayı da kəskin şəkildə azalaraq minimuma enib".