Bədəninizi qəbul etməyin yeni üsulu - Çılpaq Yoqa

Bədəninizi qəbul etməyin yeni üsulu - Çılpaq Yoqa Bu növ yoqa öz bədəninlə harmoniya qurmağın yeni üsulu hesab edilir.

Nude Yoga Girl İnstagram sosial şəbəkəsində anonim olan maraqlı bir hesabın sahibəsidir. 440 mindən artıq izləyicisi olan bu xanım idmançı,fotoqraf və modeldir. Bir-birindən fərqli duruşlarla bizə yoqanı tam fərqli şəkildə çatdıran bu insan çılpaq yoqa ilə məşğul olaraq öz bədənini olduğu kimi qəbul etməyə nail olduğunu deyir. Axı bu növ yoqa öz bədəninlə harmoniya qurmağın yeni üsulu hesab edilir.

Nude Yoga Girl bu haqda fikirlərini belə ifadə edir: “Yoqada əsas olan şey sizin necə göründüyünüz deyil,necə hiss etdiyinizdir. Siz məşğələlərdə bədəninizi tanımağı və onu idarə etməyi öyrənirsiniz. Yoqa bizə hisslərə köklənməkdə və daxili səsimizə qulaq asmaqda kömək edir. Fikrimiz mövcud zamana köklənir və öz “mən”imizlə əlaqəmiz bərpa edilir. Bütün hisslər şiddətlənir və nəticədə sizin hissiyyatınız da artmış olur.”

Bəs çılpaq yoqanın özəlliyi nədir?

Yoqa ustası bunu bəzən etdiyini deyir, çünki adətən geyimli şəkildə yoqa ilə məşğul olur. Lakin o həmçinin də qeyd edir ki, geyimsiz yoqa ilə məşğul olmaq ona daha çox azadlıq bəxş edir. Bu cür yoqa ilə məşğul olaraq bədənini,özünü bütövlükdə qəbul etməyə nail olub. Paltardan imtina etməklə,təbii hisslərə geri döndüyünü də hiss edən idmançı hal-hazırda özünü olduğu kimi qəbul etməkdə heç bir çətinlik çəkmədiyini də qeyd edir. Çünki havadan hiss etdikləriniz sizin dünya ilə olan əlaqələrinizi yadınıza salır və ümumiyyətlə geyimsiz yoqa ilə məşğul olmaq qat-qat daha rahatdır.

Çılpaq yoqa ilə məşğul olmağa başladığınızda,ilk əvvəl müəyyən bir narahatlıq hiss etməyiniz normaldır. Xüsusilə də partnyorunuzun yanında bunu etməkdən çəkinə bilərsiniz. Çünki siz hələ də bədəninizi tam qəbul etməmisiniz. Tədricən bu hisslər özünü əminlik və xoşbəxtlik kimi müxbət duyğulara verəcək və siz daha azad hiss edəcəksiniz. //pahoo.az

Oxşar xəbərlər