
AzadlıqRadiosuna danışan Sakin Zərxanım Tapdıqovanın sözlərinə görə, bir neçə gün öncə Yasamal rayonu İcra Hakimiyyətindən gəlib deyiblər ki, ev söküləcək və əvəzində heç bir kompensasiya almayacaqlar: «Evimi uçurtdular, bir neçə toyuğum vardı, hini də uçurtdular, niyəsini bizə demirlər».
Digər sakin Nicat Hüseynov deyir ki, onlara dünən – sentyabrın 2-də heç bir əsas gətirmədən evlərini boşaltmaqla bağlı xəbərdarlıq ediblər: «Dünən gəldilər ki, evi boşaldın, söküləcək. Nə səbəbini deyirlər, nə pul verirlər. Bu gün gəlib camaatın tövləsində inəyi-danası, başına uçurtdular».
Nicat Hüseynov deyir ki, evlərinin sökülmə səbəblərindən xəbərsizdirlər.