“Apple” rəhbərindən Avropa İttifaqına sərt tənqid

“Apple” rəhbərindən Avropa İttifaqına sərt tənqid "Apple" rəhbəri Tim Kuk Avropa Komissiyasının korporasiyanı 13 milyard avro məbləğində cərimələməsinə münasibət bildirib.

Lent.az xəbər verir ki, T. Kuk korporasiyanın saytındakı açıqlamasında bildirib ki, İrlandiya hökumətinin "Apple"a vergi güzəştləri tətbiq etdiyi haqda Avropa Komissiyasının ittihamı əsassızdır: "Biz qəribə vəziyyətdə qalmışıq: bizi rəsmi şəkildə ona borcumuzun olmadığını bildirən ölkənin hökumətinə əlavə vergi ödəməyə məhkum ediblər".

T. Kuk Avropa İttifaqının bu addımının tayı-bərabəri olmadığını söyləyib. O qeyd edib ki, Aİ komissarları İrlandiya vergi qanunvericiliyini öz istədikləri şəkildə dəyişdirməyə çalışırlar: "Bu cür davranış Aİ üzvlərinin suverenliyinə, onların vergi sisteminə və Avropanın hüquq prinsiplərinə ziddir".

"Apple" rəhbəri əmindir ki, Avropa Komissiyasının qərarı Avropaya investisiyaların gəlişinə və yeni iş yerlərinin açılmasına mənfi təsir göstərəcək.

Oxşar xəbərlər