Gəncədə qadın əriylə dalaşıb, özünü maşından atdı

Gəncədə qadın əriylə dalaşıb, özünü maşından atdı Gəncədə qadın əriylə dalaşıb, özünü maşından atdı









Gəncə şəhərində bədbəxt hadisə baş verib

Report xəbər verir ki, şəhər sakini Günay Qalib qızı Kərimova avtomobildə həyat yoldaşı ilə mübahisə edib və nəticədə azyaşlı övladı ilə özünü maşından yerə atıb.

Hər iki şəxs Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya Şöbəsinə yerləşdirilib. Azyaşlının vəziyyəti orta ağır olduğundan o, Gəncə şəhər 2 saylı Uşaq Xəstəlikləri Xəstəxanasına aparılıb. Göstərilən tibbi yardımlardan sonra ananın həyatı üçün yaranan təhlükə aradan qaldırılıb.

Ər və arvad arasında mübahisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Faklta bağlı araşdırma aparılır.

Oxşar xəbərlər