Hadisəni törətməkdə şübhəli bilinən şəxs tanışının başına iki zərbə vurub
Rusiyada Tula vilayətində 26 yaşlı azərbaycanlı məhkəmə qarşısına çıxıb. O, ölümlə nəticələnən qəsdən sağlamlığa zərər vurmaqda ittiham edilir.
Bu barədə Rusiya KİV xəbər verir.
Rusiya İstintaq Komitəsinin region üzrə idarəsinin məlumatına görə, cinayət cari ilin fevral ayının 6-da Tulanın proletar rayonunda yerləşən “Aida” kafesində baş verib.
Müttəhim və 49 yaşlı tanışı arasında 20 min rubl məbləğində borcun sonuncuya qaytarmaması səbəbindən münaqişə yaranıb.
Söz mübahisəsindən sonra müttəhim opponentinin başına yumruq vurub. Zərbədən o yıxılıb, yıxılarkən isə kafedə yerləşən ödəmə terminalına dəyib. Bundan sonra dava küçədə davam edib.
Orada müttəhim tanışının başına iki zərbə vurub. Son zərbədən zərərçəkən huşunu itirib və təcili tibbi yardım gələnə qədər dünyasını dəyişib.