Meyitin göbək nahiyəsində cərrahiyyə əməliyyatının izləri var
Daxili İşlər Nazirliyi (DİN) Qazaxda törədilən qətllə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 19-da səhər saatlarında Ağstafa çayının Qazax rayonunun Xanlıqlar kəndinin ərazisindən keçən hissəsində üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan 25-30 yaşlarında naməlum qadın meyiti aşkar edilib.
Meyitin xarakterik əlamətləri aşağıdakılardır: Boyu 1 metr 60 santimetr, saçı və gözləri qara rəngli, orta köklükdədir, göbək nahiyəsində cərrahiyyə əməliyyatının izləri var.
Fotoşəkildə gördüyünüz bu şəxsi tanıyanlardan və ya kimliyi barədə hər hansı məlumatı olanlardan DİN-in “102” Xidmətinə, həmçinin (022) 295-14-97 nömrəli şəhər, eyni zamanda, (050) 392-02-21, (055) 221-52-48 və (050) 366-66-62 nömrəli mobil telefonlara zəng edərək Qazax Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur.