Bakıda gülünc oğurluq — Protezini apardılar

Bakıda gülünc oğurluq — Protezini apardılar Bakıda gülməli oğurluq hadisəsi baş verib

Ans press-in məlumatına görə, yaşlı qadının protezi oğurlanıb. Hadisə Suraxanı rayonunun Əmircan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 1942-ci il təvəllüdlü Gülşən Novruzova 31-cu polis bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, iyunun 1-də səhər saatlarında protez dişlərini çıxarıb “polka”nın üzərinə qoyub. Yarım saatdan sonra qadın dişlərini qoyduğu yerə qayıdıb və protezinin yerində olmadığını görüb.

Zərərçəkmişin sözlərinə görə, onun protezinin üzərində 6 qızıl diş olub və bu qızılların oğrunun diqqətini cəlb etməsi mümkündür.

Oxşar xəbərlər