“Real” “Rayo Valyekano”nun qapısına 10 qol vurdu - VİDEO

“Real” “Rayo Valyekano”nun qapısına 10 qol vurdu - VİDEO Benzema het-trik edib

İspaniya Premyerasının 16-cı turunun matçında “Santyaqo Bernabeu” stadionunda Madridin “Real” komandası “Rayo Valyekano”nu 10:2 hesabı ilə darmadağın edib.

“Qaymaqlar” Danilonun dəqiq zərbəsi sayəsində qol vura biliblər, amma sonra iki qol buraxıblar.

Qonaqlardan Antonio Amaya hesabı bərabərləşdirib, Hosabed isə onları hesabda irəli çıxarıb. Bir neçə dəqiqə keçdikdən sonra “Rayo Valyekano”da Titonun meydandan çıxarılmasından sonra on nəfər qalıb.

Ev sahibləri meydanda say üstünlüklərindən istifadə edərək, birinci taymın ortasında Qaret Beylin zərbəsi ilə hesabı bərabərləşdiriblər. Bir neçə dəqiqə sonra isə qonaqlardan bir nəfər də meydandan çıxarılıb, Raul Baena ikinci sarı vərəqəni alıb.

11 metrlik zərbəni Kriştianu Ronaldu vuraraq hesabı 3:2 edib. Birinci taymın sonunda Beyl “Rayo”nun qapısına daha bir qol vurub.

İkinci taymda ev sahiblərinin azarkeşləri komandalarının daha altı qolunun şahidi oldular: Qaret Beyl işi pokerə çatdırdı, Kərim Benzema het-trik etdi, Ronaldu isə təvazökarcasına dubl ilə kifayətləndi.

Beləliklə, Madridin “Real”ı çempionatın üçüncü sətirində qaldı, o, “Barselona” və “Atletiko”dan iki xal geridə qalıb.

“Real Madrid” – “Rayo Valyekano” 10:2

Qollar: Danilo, 3 (1:0); Amaya, 10 (1:1); Hoabed, 12 (1:2); Beyl, 25 (2:2); Ronaldu, 30 (3:2); Beyl, 41 (4:2); Benzema, 48 (5:2); Ronaldu, 53 (6:2); Beyl, 61 (7:2); Beyl, 70 (8:2); Benzema, 79 (9:2); Benzema, 90 (10:2).

Meydandan kənar edilmə: Tito,14; Baena, 28.

Hakim: İqnasio Vilyanueva.


Oxşar xəbərlər