Telefon danışığı baş tutub
Rusiya və Fransa XİN rəhbərləri Sergey Lavrov və Jan-Mark Eyro aralarında baş tutmuş telefon danışığı zamanı Dağlıq Qarabağda vəziyyətin tezliklə normallaşması üçün səylərin birləşdirilməsinə dair razılıq eldə ediblər.
Bu barədə Rusiya XİN-in saytında dərc edilmiş məlumatda bildirilir.
Məlumata görə, telefon danışığı Fransa tərəfinin təşəbbüsü ilə baş tutub.
“Nazirlər Dağlıq Qarabağda hadisələrin son inkişafını müzakirə edərək, münaqişə zonasında vəziyyətin tezliklə normallaşması üçün Minsk Qrupunun həmsədrləri olan Rusiya və Fransanın səylərinin birləşdirilməsinə dair razılıq əldə ediblər”, - deyə məlumatda qeyd olunub.