İdxal olunmuş məhsulların ümumi dəyərinin 15%-dən çoxunu ərzaq məhsulları təşkil edib
2016-cı ilin yanvar ayında ölkəyə idxal olunmuş məhsulların dəyəri müqayisəli qiymətlərlə 23,3% azalıb.
Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
MDB ölkələrindən 33,8%, digər ölkələrdən 20,1% az məhsul idxal olunub.
İdxalın ümumi dəyərinin 32,6%-i Avropa İttifaqı ölkələrinin, 20%-i MDB üzvü dövlətlərinin, 47,4%-i isə digər ölkələrin hesabına formalaşıb.
Xarici ticarət dövriyyəsinin 88,4%-i İtaliya, Almaniya, İsrail, Rusiya, Türkiyə, Fransa, Birləşmiş Krallıq, Çexiya, ABŞ, İndoneziya, İsveçrə, Çin, Gürcüstan, Yaponiya, Norveç, Ukrayna və Əfqanıstan dövlətlərinin hesabına formalaşıb.
Azərbaycana idxal olunmuş məhsulların ümumi dəyərinin 13,7% Rusiyanın, 10,9%-i Birləşmiş Krallığın, 9,8%-i Türkiyənin, 9,3%-i ABŞ-ın, 6,6%-i İtaliyanın, 5,5%-i Çinin, 5,3%-i Yaponiyanın, 5%-i Almaniyanın, 3,2%-i Norveçin, 2,7%-i Ukraynanın, 2,1%-i Braziliyanın, hər biri 1,9% olmaqla, Qazaxıstan və Birləşmiş Ərəb Əmirliklərinin, 1,8%-i Fransanın, hər biri 1,4% olmaqla Koreya və İranın, hər biri 1,2% olmaqla Polşa və İndoneziyanın, 15,1%-i isə digər ölkələrin payına düşüb.
İdxal olunmuş məhsulların ümumi dəyərinin 35,1%-i maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri, 17,1%-i qara metallar və onlardan hazırlanan məmulatlar, 15,4%-i ərzaq məhsulları, 3%-i əczaçılıq məhsulları, 2,7%-i nəqliyyat vasitələri və onların hissələri, 2,5%-i plastik kütlədən hazırlanan məmulatlar, 1,9%-i oduncaq və ondan hazırlanan məmulatlar, 1,2%-i tütün məmulatları, 1,1%-ni mebel və onun hissələri, 20%-i isə digər məhsullar təşkil edib.