Milli Məclisin yeni deputatı, uzun illər Balakən və Nəsimi rayonlarında İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Nəsib Məhəməliyev Modern.az saytına açıqlama verib. O qeyd edib ki, İcra Hakimiyyəti ilə qanunvericilik hakimiyyəti tamamilə fərqlidir
“Hakimiyyətin 3 əsas qolundan ikisini bunlar təşkil edir. Hərəsinin özünəməxsus xüsusiyyətləri var”.
109 saylı Balakən seçki dairəsindən seçilən deputat, 15 il icra başçısı işləmiş Nəsib Məhəməliyev qeyd edib ki, İcra Hakimiyyətində və ya parlamentin üzvi olaraq qanunverici orqanda çalışan insan nəticə etibarı ilə vətənpərvəlik, peşəkarlıq nümayiş etdirməli, təmsil olunduğu komandanın siyasətini təbliğ etməklə, şəxsi nümunəsi ilə insanlar arasında pozitiv münasibət yaratmalıdır. Seçicilərin deputatlara çox zaman təsərrüfat məsələləri ilə bağlı müraciət etmələrinin doğru olmadığını deyən N.Məhəməliyev bildirib ki, insanlar millət vəkilinin işinin nədən ibarət olduğunu bilməlidirlər.
“Deputatdan yolların, binaların təmiri, artezian quyuların qazılması, məktəb təmiri və tikintisini istəmək düzgün deyil. Deputat problemlərin həlli məsələsini müfafiq təşkilatlar qarşısında qaldıra bilər və qaldırır. Təsərrüfat məsələləri ilə məşğul olmalı deyil. Deputatın qanunvericilik prosesində iştirakı məqbul sayılır. Seçicilərim təsərrüfat məsələləri ilə bağlı çox müraciət edirlər. 15 ildən çox müddətdə İcra Hakimiyyətinin başçısı vəzifəsini yerinə yetirmişəm, problemlər mənə tanışdır. Təcrübəmdən istifadə edərək köməyimi əsirgəmirəm”.
N.Məhəməliyev həmçinin seçildiyi regionun çətin ərazi adlandırılması ilə razılaşmayıb:
“Balakəndə təxminən 6 il icra başçısı vəzifəsində işləmişəm. Bu rayonun rahat və yaxud mürəkkəb olduğu barədə daha çox jurnalistlər ümumi ictimai rəy formalaşdırıblar. Bu gün və o dövrdə də hesab etmişəm ki, bəzi xırda insidentləri çıxmaq şərti ilə Balakən insanları çox rahat və sədaqətlidirlər. Kriminal meyilli və ya həyatda özünü təsdiq etməmiş insanlar hər yerdə var. Uğursuz insanlar başqalarının təsirinə düşüb çalışırdılar ki, aranı qatsınlar. Hesab etmirəm ki, Balakən camaatı ilə işləmək çətindir. Şəxsi problemlərini üzə çıxarmayan, şikayətə meyilli insanlar deyillər. Balakən əksinə, Azərbaycanın bir sıra regionalrından daha rahat yerdir”.