Bu gün saat 08:32 dəqiqədən etibarən Bakı Metropoliteninin Bənövşəyi xəttində də qatarların hərəkəti bərpa edilib.
Report xəbər verir ki, bunu Metropolitenin mətbuat katibi Bəxtiyar Məmmədli deyib.
Onun sözlərinə görə, artıq bütün xətlərdə qatarların hərəkəti qrafikə uyğun həyata keçirilir.
***
"Ölkə.Az" Report-a istinadən xəbər verir ki, bunu Metropolitenin mətbuat katibi Bəxtiyar Məmmədli deyib.
"Bununla əlaqədar, Bakı Nəqliyyyat Agentliyi Sumqayıt və ətraf ərazilərdən Beynəlxalq Avtovağzal Kompleksinə gələn marşrut xətləri üzrə avtobusların, müvəqqəti olaraq, metronun “İnşaatçılar”, “Memar Əcəmi” və “Nizami” stansiyalarına hərəkətini təşkil edib. Eyni zamanda, "Avtovağzal" stansiyası istiqamətində sərnişin sıxlığının mümkünlüyünü nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi bu istiqamətdə fəaliyyət göstərən marşrut xətlərinin sayının artırılması ilə bağlı daşıyıcılara göstəriş verib", - deyə o əlavə edib.
B.Məmmədlinin sözlərinə görə, elektrik enerjisinin verilişi bərpa olunan kimi "Avtovağzal-Memar Əcəmi" stansiyaları arasında qatarların hərəkəti təmin ediləcək və sərnişinlər stansiyaların xidmətindən istifadə edə biləcək.