NATO və Avropa İttifaqı (Aİ) ABŞ ordusunu birbaşa Rusiya ilə müharibəyə cəlb etmək istəyirlər.Bunu ABŞ Milli Kəşfiyyat Direktoru Tulsi Qabbard deyib.
Qabbard bildirib ki, ABŞ kəşfiyyatının hesabatına görə, Rusiya NATO ilə daha geniş müharibədən qaçır.
Qabbard onu da qeyd edib ki, ABŞ kəşfiyyatının qiymətləndirmələrinə görə, Rusiyanın mövcud hərbi imkanları bütün Ukrayna ərazisini işğal edib uzunmüddətli nəzarət altında saxlamaq üçün yetərli deyil və Avropanı “fəth etmək” barədə iddiaların real əsası yoxdur.