"Bu gün Ağdam şəhəri günü ilə qeyd olunur. Erməni vəhşiliyi nəticəsində tamamilə dağıldılmış Ağdam şəhəri artıq sürətli bərpa və yenidən qurma mərhələsinə daxil olub. Cənab Prezidentin rəhbərliyi ilə Ağdam şəhəri və rayonun kəndləri intensiv şəkildə və müasir standartlara uyğun olaraq yenidən qurulur".Bu barədə millət vəkili Vüqar Bayramov danışıb.
Deputat qeyd edib ki, Ermənistanın 27 illik işğalından əvvəl Ağdam rayonunda yeyinti və yüngül sənaye, kənd təsərrüfatının fərqli sahələri inkişaf etmişdi:
"Ağdam rayonun torpaqlarının 92 faizi əkin üçün yararlı torpaqlardır. Bu isə rayonun böyük aqrar potensialının olmasından xəbər verir
Təsdiq olunmuş Baş Plan göstərir ki, Ağdam bərpadan sonra regionun sənaye mərkəzinə çevriləcək. İşğaldan əvvəl rayonda istehsal edilən bir sıra məhsullar keçmiş SSRİ-də brend olub. Məsələn, şərab məhsulları keçmiş SSRİ-də xüsusi müqayisəli üstünlüyə malik idi.
Ağdama yerli investisiya ilə yanaşı, xarici investisiyanın da cəlb edilməsi həyata keçirilir. Bu baxımdan yalnız kənd təsərrüfatı məhsulları deyil, sənaye məhsullarının istehsal edilməsi, onların bir qisminin daxili, bir qisminin xaricə ixrac edilməsi nəzərdə tutulur
Böyük turizm potensialına malik olan Ağdam rayonunun təbiəti və tarixi abidələri turist cəlb etmək baxımından üstünlüyə malikdir. Ağdamda xüsusilə yay turizm imkanları genişdir. Ağdam istehsal olunan məhsulların bir qisminin Şimal-Cənub nəqliyyat dəhlizi ilə ixrac imkanına malik olacaq. Bu da Ağdamın qeyri-neft sektorunda ixracata xüsusi dəstəyindən xəbər verir.
Son 5 ildə həyata keçirilən infrastuktur işləri Ağdamın tezliklə Qarabağın sənaye mərkəzinə çevriləcəyindən xəbər verir".