Bakıda mənzildən meyitləri tapılan əcnəbilərin ikisi tələbə, üçü futbolçudur — YENİLƏNİB

Bakıda mənzildən meyitləri tapılan əcnəbilərin ikisi tələbə, üçü futbolçudur — YENİLƏNİB Bakıda mənzildən meyitləri tapılan əcnəbilərin şəxsiyyəti müəyyənləşib.

Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Şamil Əzizbəyov küçəsi, ev 47 ünvanında baş verib.

Orada kirayədə yaşayan, Kamerun Respublikasının vətəndaşları – Njonyoh Nans Ekum, Nzemele Ezzambe Linus, Nikbenti Nombiye Leves, Senan Nike və Taken Pau Ata dəm qazından boğularaq ölüb.

Polisdən həmçinin bildirilib ki, hadisə zamanı ölən iki nəfər - Njonyoh Nans Ekum, Nzemele Ezzambe Linus tələbə, Nikbenti Nombiye Leves, Senan Nike və Taken Pau Ata isə futbolçudur.

Əcnəbi tələbələr Texniki Universitetdə oxuyurmuş.

Faktla bağlı Yasamal rayon Prokurorluğu tərəfindən istintaq araşdırması davam etdirilir.

***

Bakıda mənzildə 5 nəfərin meyiti aşkarlanıb

Ölkə.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Yasamal rayonunda mənzildə 5 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilə pəncərədən daxil olub və kirayədə qalan, Kamerun Respublikasının vətəndaşı olan 5 nəfərin cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Oxşar xəbərlər