
"BMT Baş katibinin humanitar məsələlər müavini və fövqəladə hallar üzrə koordinatoru Tom Fletçer jurnalistlərə bəyanat verib.
"Biz çatdırmalı olduğumuz həcmin 20%-dən də azını çatdırırıq. Bizə (Fələstin anklavına - red.) yüzlərlə yük maşınının daxil olması lazımdır", - o deyib.
Fletçer qeyd edib ki, Qəzza sektorunda atəşkəs bərqərar edildikdən sonra ümumdünya təşkilatı yardım çatdırılmasını "gündə yüzlərlə yük maşını"na qədər artırmaq niyyətindədir.