Prezident İlham Əliyevin qətiyyətli siyasəti və düzgün diplomatik addımları nəticəsində Azərbaycan həm 2020-ci ildə böyük Zəfərə nail oldu

Prezident İlham Əliyevin qətiyyətli siyasəti və düzgün diplomatik addımları nəticəsində Azərbaycan həm 2020-ci ildə böyük Zəfərə nail oldu


2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra Qarabağda Ermənistan silahlı qüvvələrinin tam çıxarılması məsələsi hələ də açıq qalırdı.Azərbaycan dəfələrlə bəyan etmişdi ki,öz ərazisində hər hansı qanunsuz hərbi birləşmənin mövcudluğuna yol verməyəcəkdir.Buna baxmayaraq 2023-cü ilin sentyabrına qədər Qarabağda Ermənistan silahlı dəstələri qalmaqda davam edir,tez-tez təxribatlar törədirdi.
19 sentyabr 2023-cü ildə Azərbaycan ordusu bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı.Əməliyyatın əsas məqsədi qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsi və dövlətin suverenliyinin tam bərpası idi.Ordu yalnız hərbi hədəfləri vurur,mülki əhalinin təhlükəsizliyi tam təmin edilirdi.
Əməliyyat cəmi bir gün davam etdi.20 sentyabr 2023-cü ildə separatçı silahlı birləşmələr təslim oldu və silahları təhvil verməyə razılıq verdi.Bununla da bölgədə qanunsuz hərbi birləşmələrin varlığına son qoyuldu.
Bu hadisə Azərbaycanın tarixində mühüm dönüş nöqtəsi oldu.Dövlətimizin ərazi bütövlüyü daha da möhkəmləndi,Qarabağda yaşayan erməni əhalinin Azərbaycan cəmiyyətinə inteqrasiyası üçün yeni şərait yarandı.Əməliyyat həm də Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin haqlı olduğunu bir daha sübut etdi.
Prezident İlham Əliyevin qətiyyətli siyasəti və düzgün diplomatik addımları nəticəsində Azərbaycan həm 2020-ci ildə böyük Zəfərə nail oldu,həm də 2023-cü ilin sentyabrında suverenliyini tam bərpa etdi.Onun rəhbərliyi altında Azərbaycan Ordusu müasir silahlarla təchiz olundu,güclü iqtisadi baza yaradıldı və ölkənin beynəlxalq nüfuzu daha da yüksəldi.İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan bu gün regionun lider dövlətinə çevrilmişdir.
Nəticə olaraq,19-20 sentyabr 2023-cü il antiterror əməliyyatı Azərbaycanın tarixi qələbələrinin davamı kimi qiymətləndirilməlidir.Bu əməliyyat ölkəmizin suverenliyini tam bərpa etməklə yanaşı,bölgədə sülh və təhlükəsizlik üçün yeni şərait yaratdı.Əldə olunan nailiyyətlər Prezident İlham Əliyevin uzaqgörən siyasətinin parlaq nəticəsi kimi tarixə düşdü.

Ramana qəsəbəsi, 198 nömrəli tam orta məktəbin
biologiya müəllimi Günay Həsənova


Oxşar xəbərlər