
"Bunu Ukrayna prezidenti Volodimir Zelenski çıxışında deyib.
"Ən təsirli sanksiyalar - ən sürətli hərəkət edən sanksiyalar Rusiyanın neft emalı zavodlarına, onların terminallarına, neft anbarlarına zərbələrdir. Rusiya müharibəsi əslində neftin, qazın, bütün digər enerji resurslarının funksiyasıdır", - deyə Ukraynanın dövlət başçısı qeyd edib.
O, Primorskda çox keyfiyyətli iş gördüyünə görə Ukrayna Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlılarına təşəkkür edib: "Baltik dənizində Rusiyanın ən böyük neft terminalında ciddi ziyan var. Ukrayna xüsusi təyinatlıları həmçinin Ust-Luqa limanını və Rusiyanın dünya bazarına giriş üçün bütün digər nöqtələrini izləyirlər".(report)