Məmmədov törətdiyi əməli etiraf edib
Mingəçevirdə həmyerlisinin evinə girərək soyğunçuluq edən gənc yaxalanıb.
ANS PRESS-in məlumatına görə bu şəhər sakini Elşən Məmmədovdur.
İstintaqa ifadəsi zamanı Elşən əvvəlcədən oğurluq üçün girəcəyi evdə heç kimin olmayacağını müəyyənləşdirdiyini deyib.
Daha sonra kustar üsulla hazırlanmış açar vasitəsiylə qapının kilidini açaraq içəri daxil olub.
"Bilirdim arxayın idim ki, evdə heç kim yoxdur. Gəldim, açdım, axtardım tapdım. Çantanı divanın arxasından içində pul və qızıl var idi".
Çantanın içərisində olan 1200 dollar və 2260 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayan Elşən qapını açdığı kimi də bağlayaraq evdən çıxıb.
Müstəntiq Pərviz Hüseynovun sözlərinə görə, keçirilmiş əməliyyat istintaq tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Məmmədov Elşən Ramiz oğlu polis şöbəsinə dəvət olunub. Polis şöbəsində olarkən Elşən Məmmədov törətdiyi əməli etiraf edib.
Heç bir yerdə işləməyən Elşən Məmmədov götürdüyü pulun bir qismi ilə borclarını ödəyini, bir hissəsini isə xərcələdiyini deyir. Oğurlanan qızıl–zinət əşyaları və qalan 300 dollar pul isə polis tərəfindən maddi sübut kimi götürülüb.