
“Mən belə düşünmürəm. Onlar müharibə aparırlar. 7 oktyabrda dəhşətli hadisələr baş verdi”, – deyə Tramp jurnalistin “İsrailin cavab əməliyyatları soyqırımıdırmı?” ,- sualına cavabında bildirib.
Tramp əlavə edib ki, Vaşinqton Qəzzada mülki əhalinin ölməməsi üçün çalışır:
“İstəyirik ki, insanlar ac qalmasın. İstəyirik ki, İsrail onları yeməklə təmin etsin. İstəmirik ki, insanlar aclıqdan əziyyət çəksin və ölsün”.