
“Sky News” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt Rusiyada aprelin 1-dən etibarən orduya 160 min hərbçinin cəlb edilməsi ilə bağlı sualı cavablandırarkən deyib.
"Prezidentin dünən axşam dediklərini təkrar edə bilərəm. O bu münaqişədə hər iki liderdən məyusdur. Müharibənin bitməsini istəyir. Hər iki tərəfdən insanlar ölür və bu, çox uzun müddətdir davam edir", - Levitt deyib.
Bundan əlavə, o əlavə edib ki, Amerika tərəfi hər gün Ukrayna və Rusiya ilə qarşılıqlı əlaqəni davam etdirir.