Şəhidin xanımını öldürən qaynına - Bu cəza verildi

Şəhidin xanımını öldürən qaynına - Bu cəza verildi Xızı rayonu Giləzi qəsəbəsində 1999-cu il təvəllüdlü qardaşı arvadı Ləman Qurbanovanı qətlə yetirən 1984-cü il təvəllüdlü qaynı Taleh Qurbanova hökm oxunub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 2022-ci ildə şəhid olmuş Saleh Qurbanovun xanımını boğaraq öldürən qardaşı Taleh Cinayət Məcəlləsinin 120.2.2-ci (Xuliqanlıq niyyətilə adam öldürmə) maddəsi ilə təqsirli bilinib.

Araşdırmalar zamanı məlum olub ki, S.Qurbanov şəhid olandan sonra onun ailəsində problemlər yaranıb. Şəhidin qardaşı Ləmanın “TikTok” səhifəsi açmasına qarşı çıxaraq onu döyüb. O, Salehin sağlığında arvadının sosial şəbəkələrdən istifadə etmədiyini və indi də bunun yolverilməz olduğunu düşünüb. Ləman isə “Sənsiz həyat” adlı səhifəsində yalnız mərhum həyat yoldaşı ilə bağlı paylaşımlar etdiyini və 20-25 nəfər tanışının bunu bəyəndiyini bildirib. Hadisədən bir neçə gün əvvəl isə Ləmanın qaynı onun telefonunu əlindən alaraq sındırıb.

Şəhidin xanımını öldürən qaynına - Bu cəza verildi


Bundan sonra da ailədə münasibətlər kəskin olaraq qalıb və Ləman qayınatasının evini tərk edərək atası evinə qayıtmaq istəyib. Lakin qaynı Taleh və digər qohumları şəhidlə bağlı verilmiş bank kartlarının onlarda qalmasını tələb ediblər. Həmin gün onlar Ləmanı pirə apararaq fikrindən daşındırmaq istəyiblər. Lakin pirdən qayıtdıqdan sonra Taleh evdə Ləmana hücum edərək onu boğmaqla qəsdən həyatdan məhrum edib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Taleh Qurbanova 17 il həbs cəzası verilib.

Qeyd edək ki, Saleh Qurbanov 2022-ci il sentyabrın 12-də Ermənistan silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Şəhidin xanımını öldürən qaynına - Bu cəza verildi

Oxşar xəbərlər