"Müsəlman Birliyi" Hərəkatının həbsdə olan sədri Taleh Bağırov barəsində başlanan yeni cinayət işi üzrə istintaq tamamlanıb.
Vəkil Cavad Cavadlının verdiyi məlumata görə,Qobustan həbsxanasında Taleh Bağırovla görüşüb:"
Ədliyyə Nazirliyinin istintaq idarəsinin müstəntiqi tərəfindən mənim iştirakımla ona Azərbayan Respublikası Cinayət Məcəlləsinin 317-2.1 maddəsi ilə ittiham elan edildi. İttihama əsasən onun üzərindən 31 iyul 2017-ci il tarixdə yeddi ədəd “microSD” tipli yaddaş kartları aşkar edilib. Keçirilmiş ekspertizalar həmin kartlarda Qurani Kərim, Quran təsviri və başqa məlumatların olmasını göstərib. Həmin kartlarlarda qadağan olunmuş hər hansı məlumatlar olmayıb. Taleh Bağırov özünü təqsirli bilməyib. İfadə verməkdən imtina edib. İfadəni məhkəmədə verəcəyini bildirib. Bu səbəbdən həmin ittihama onun münasibətini bundan artıq məlumat verə bilmirəm. Cinayət işinin istintaqı tamamlanıb və iş materialları ilə tanışlıq mərhələsidir".
Qeyd edək ki,T. Bağırov 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib.