
"Daily Mail" xəbər verir ki, hədəfləri vurmaq üçün ABŞ kəşfiyyatına ehtiyac var.
Bundan əvvəl Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retklif ABŞ-nin Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini dayandırdığını bildirmişdi.
"Daily Mail" həmçinin ABŞ-nin Britaniyaya qadağa qoyduğunu yazıb. Belə ki, ingilislərə Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşması yasaqlanıb.
“Storm Shadow/SCALP-EG” 560 km-ə qədər uçuş məsafəsi olan İngiltərə-Fransa istehsalı gizli qanadlı raketdir. ATACMS-dən fərqli olaraq, bu raket havadan - qırıcı təyyarədən buraxılır və hava-yer prinsipi ilə işləyir.
Noyabrın 20-də Ukrayna Britaniyanın uzaqmənzilli "Storm Shadow" raketlərindən istifadə edərək Rusiyanın dərinliklərinə ilk zərbəsini endirib.