
Axar.az RT-yə istinadla siyahını və onların çata biləcəyi ərazinin xəritəsini təqdim edir:
- Fransanın HAMMER idarəolunan aviabombaları, eləcə də AGM-88B antiradar raketləri 60 və 80 km məsafəyə malikdir və Rılsk, Suca, Belqorod, Novıy Oskol və Valuyki, eləcə də Rusiyanın bir sıra sərhədyanı digər şəhər və kəndlərini hədəf ala bilər;
- 227 mm-lik ikipilləli GLSDB raketləri, eləcə də ATACMS Blok I əməliyyat-taktiki raketlərinin zərbələri daha böyük dərinliyə (160-165 km) çata bilir. Rusiya ilə sərhəddən 30 km məsafədə atəş mövqeləri yerləşdirilərsə, zərbənin dərinliyi Bryansk, Kursk, Starıy Oskol, Rossoş və Taqanroq şəhərlərini əhatə edə bilər;
- ATACMS Blok IA və QRU raketləri təxminən 300 km uçuş məsafəsinə malikdir və Voronej, Lipetsk və Oryola çata bilir. Həmçinin bu raketlərin əhatə dairəsində Rostov-Don, Taqanroq, Kamensk-Şaxtinski, Şaxtı şəhərləri də var;
- Analoji qanadlı raketlər SKALP-EG və “Storm Shadow” da 300 km məsafəyə malikdir;
- “Tekever AR3” kamikadze dronlarının uçuş məsafəsi 1000 km-ə çata bilər.
Qeyd edilir ki, müasir yerli hava hücumundan müdafiə sistemlərinin əksəriyyəti GLSDB mərmilərinə qarşı durmağa qadirdir, hərçənd kütləvi ATACMS hücumlarını dəf etmək üçün bir neçə S-400, S-300V4 və ya “Buk-M3” batareyalarını nəzərdə tutulmuş uçuş trayektoriyalarına, habelə obyektlərdən 10-30 km məsafəyə yerləşdirmək lazımdır.
