Ukrayna saat yarıma ABŞ-ı razı saldı: zərbə endirəcək

Ukrayna saat yarıma ABŞ-ı razı saldı: zərbə endirəcək Ukrayna hakimiyyəti 90 dəqiqəlik telefon danışığı zamanı ABŞ-ı Rusiya ərazisinə cavab zərbələri endirməyə razı salıb.

Axar.az xəbər verir ki, bu barədə "Vaşinqton Post" öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşr bildirir ki, danışıqlar Rusiyanın Xarkov vilayətinə hücumundan sonra baş tutub.

Kiyev hakimiyyəti Ukrayna Silahlı Qüvvələrinin itkiləri barədə danışıb və Rusiya ərazisinə zərbələr endirmək üçün icazə istəyib. Təşəbbüs həftə sonu ABŞ hökuməti tərəfindən müzakirə edilib və mayın 30-dək təsdiqlənib.

Qeyd edək ki, ABŞ lideri Bayden Ukraynaya Amerika silahları ilə Rusiyaya zərbə endirməyə icazə verib.

Oxşar xəbərlər