Rusiyanın tammiqyaslı müharibə təhdidi səbəbindən Ukraynada hərbi vəziyyət elan edildi.
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna lideri Pyotr Poroşenko yerli kanallara açıqlamasında deyib. Poroşenko bildirib ki, bu yalnız başlanğıcdır:
“Bizdə dəqiq informasiya var ki, Rusiyanın Ukrayna gəmilərinə hücumu yalnız başlanğıcdır. Kəşfiyyat bununla bağlı sübutlar təqdim edib”.
Poroşenko Ukrayna sərhədinin 18 kilometrliyində yerləşən Rusiya bazalarından 17, 24 sentyabr və oktyabrda peykdən çəkilən görüntüləri də mediaya nümayiş etdirib:
“Göründüyü kimi, Ukrayna sərhədində yerləşən bazalardakı tankların sayı iki dəfə artırılıb”.
Qeyd edək ki, 25 noyabrda Rusiya Ukrayna hərbi gəmilərinə hücum edib. Nəticədə 3 Ukrayna gəmisi və 24 əsgər əsir götürülərək, Kerç limanına aparılıb.