
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Gazete Duvar” məlumat yayıb.
Nəşrin məlumatına görə, vitse-prezident Cevdet Yılmaz, xəzinə və maliyyə naziri Mehmet Şimşək, xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum və səhiyyə naziri Kamal Memişoğlu vəzifələrində qalacaqlar.
Bildirilir ki, digər nazirlər arasında 3-4 nəfər dəyişdirilə bilər.
Keçmiş xəzinə və maliyyə naziri Berat Albayrakın yenidən hökumətdə vəzifə sahibi olacağı iddia olunur.

“Mədəniyyət və turizm, kənd və meşə təsərrüfatı, maliyyə və xəzinədarlıq nazirliklərinin ayrılması məsələsi də müzakirə olunur. Bildirilir ki, bu nazirliklər müxtəlif sahələrə cavabdeh olduqları üçün həddindən artıq yüklənir. Hesab olunur ki, bu sahələrin bəzilərini ayrıca nazirlik kimi ayırmaq olar”, - mənbə qeyd edib.