Ərdoğan hökumətdə bu dəyişlikləri edəcək - Təcili

Ərdoğan hökumətdə bu dəyişlikləri edəcək - Təcili Türkiyənin hökumət mənbələri Rəcəb Tayyib Ərdoğanın iyunun 3-də andiçmə mərasimindən sonra yeni hökuməti elan edəcəyini bildirib. Nazirlər Kabineti demək olar ki, tamamilə yenilənəcək, xarici işlər və müdafiə nazirləri Mövlud Çavuşoğlu və Hulusi Akar öz postlarını saxlaya bilərlər. Türkiyə kəşfiyyatına rəhbərlik edən Hakan Fidan nazir postu ala və ya təhlükəsizlik məsələləri üzrə vitse-prezident vəzifəsini icra edə bilər.

“Hürriyyət”də qeyd olunan bu məsələnin uzun müddətdir ki, Ankarada müzakirə olunduğu bildirilir.
Qəzetin qeyd etdiyi kimi, Prezidentin rəsmi nümayəndəsi İbrahim Kalın hökumətə daxil ola bilər, onun mümkün vəzifəsi göstərilmir. Bundan əvvəl yerli mətbuat onun Xarici İşlər Nazirliyinə rəhbərlik edə biləcəyini yazmışdı. Nəşr keçmiş baş nazirin müavini və maliyyə naziri Mehmet Şimşəkin Nazirlər Kabinetinə gözlənilən təyinatı ilə bağlı məlumat yayıb. Ərdoğan onunla bir gün əvvəl görüşüb, lakin görüşdən sonra heç bir açıqlama verilməyib.

Oxşar xəbərlər