İlon Mask: Baydenin oğlunu əfv etməsi ABŞ-ın bütövlüyünə təhdid yaradır

İlon Mask: Baydenin oğlunu əfv etməsi ABŞ-ın bütövlüyünə təhdid yaradır Dünyaca məşhur iş adamı İlon Mask ABŞ Prezidenti Co Baydenin oğlunu əfv etmə qərarını tənqid edib.

O, bu addımı ölkənin bütövlüyünü şübhə altına almaq kimi qiymətləndirib.

“Sərxoşluq və narkotik problemləri mənim üçün önəmli deyil, amma ABŞ-ın bütövlüyünü sual altına qoymaq normal deyil,” – deyə Mask X sosial şəbəkəsində yazıb.

Bununla yanaşı, TMZ-nin Ağ Evdəki mənbələrə istinadən yaydığı məlumata görə, Bayden oğlunu əfv etmək qərarını rəsmi fərmanı imzalamadan çox əvvəl qəbul edib.

Qeyd edək ki, Bayden daha əvvəl oğlu Hanteri əfv etmək niyyətində olmadığını bəyan etmişdi. Bu qərar siyasi dairələrdə geniş müzakirələrə və fərqli reaksiyalara səbəb olub.

Oxşar xəbərlər