1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Zəngilan rayonu işğal edilib. Zəngilan rayonunun azad edilməsi üçün Azərbaycan Silahlı Qüvvələri tərəfindən 2020-ci il oktyabrın 18-də hərbi əməliyyatlar başladılıb. Zəngilan döyüşləri Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının Komandanlığı altında aparıldı və qısa müddət ərzində Zəngilan şəhəri azad edildi.
Rayon işğal edilərkən, 1 şəhər, 5 qəsəbə və 79 kənddən ibarət idi. 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ Müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı.
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 20-də xalqa müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini bildirdi.
20 oktyabr 2022-ci ildə Zəngilan hava limanı açılıb. Açılış mərasimində İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iştirak ediblər.
Uçuş zolağının uzunluğu və eniş avadanlıqları, həm sərnişin, həm də yük daşımalarını həyata keçirmək üçün kifayət qədər yüksək texniki səviyyədədir. Zəngilan beynəlxalq hava limanının uçuş-enmə zolağı 3000 metr uzunluğunda və 60 metr enindədir. Hava limanı, ICAO və IATA standartlarına uyğun olaraq uçuşların həyata keçirilməsin təmin etmək məqsədilə enmə və naviqasiya cihazları, işıqlandırma-texniki sistemlər, birincili və ikincili müşahidə radiolokasiya stansiyaları ilə tam şəkildə təchiz edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib. Mərkəzin elektrik təchizatı üçün 110/35/10 kilovoltluq “Zəngilan” yarımstansiyasından ikidövrəli yeraltı kabel xətləri çəkilib. Prezident İlham Əliyev “Azərişıq” ASC-nin Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzini işə saldı.
Zəngilan şəhərində bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Zəngilanda “Ağıllı kənd” layihəsi çərçivəsində də işlər görülməkdədir.
Bakıxanov qəsəbəsi 107 nömrəli tam orta məktəbin
psixoloqu Gülarə İsmayılova